Bəstəkarın 100 illik yubileyi qeyd olunacaq

26.11.2015 00:58     Artreaksiya     2001

Azərbaycan prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Reaksiya.az-ın məlumatına görə,Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub. 

Şərhlər

Çox oxunanlar