Rəşid Behbudovun yubileyi qeyd olunacaq - Moskvada

26.11.2015 12:28     Artreaksiya     2173

Görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyi Moskvada qeyd ediləcək.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev məlumat verib.
 
O qeyd edib ki, dekabrın 14-də Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyidir və bu münasibətlə dekabrın 10-da Moskvada təntənəli yubiley tədbiri keçiriləcək.

Yubiley mərasimi Rusiya Kino Xadimləri və Rusiya Mərkəzi Kino Evinin təşəbbüsü ilə baş tutacaq.

Şərhlər