"Kurtlar Vadisi Pusu" zirvəni əldən verdi

28.11.2015 17:05     Artreaksiya     2552

Türkiyənin məşhur serialı “Kurtlar Vadisi Pusu” zirvəni əldən verdi.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin D kanalında yayımlanan Azərbaycanda sevilən “Kurtlar vadisi Pusu” bu həftə reytinq siyasında aşağı düşüb.

Aşağı düşməsinin səbəbi Avropa liqasının 5-ci turu çərçivəsində qrup mərhələsində “Fənərbaxça”nın səfərdə “Molde” ilə qarşılaşması olub.

Uzun müddət reytinqdə 1-ci pillədə qərarlaşan serial bu həftə yerini futbol matçına verib.

"Molde" - "Fənərbaxça" oyunu "sarı lacivərtlilərin" 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Şərhlər