Beren Saatla bağlı qərar dəyişdirildi - "Kösəm Sultan"da

28.11.2015 17:26     Artreaksiya     2205

Türkiyənin məşhur serialı "Möhtəşəm yüz il: Kösəm Sultan"nın baş rol aktrisası Beren Saatın seriala daxil olacağı vaxt dəyişdirilib. 

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın daha erkən 6-cı ya da 7-ci seriyada ekranda görünməsinə qərar verilib.

Qeyd edək ki, ilkin açıqlamalarda Kösəm Sultanın illər sonrakı halını canlandıracaq aktrisa 9-cu seriyada ekranlarda görünəcəkdi.

 

Şərhlər