Məşhur rejissor vəfat etdi

30.11.2015 09:25     Artreaksiya     2073

Rusiyalı məşhur rejissor Eldar Ryazanov vəfat edib.

APA-ya istinadən xəbər verir ki, rejissor noyabrın 30-da 88 yaşında Moskva xəstəxanalarından birində dünyasını dəyişib.

Noyabrın 29-da E. Ryazanov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 1927-ci ildə Samarada anadan olub. O, “Ünvansız qız”, “Qusar balladası”, “Şikayət kitabını verin”, “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alıb.

Şərhlər