Aslan İsmayılov Sumqayıt hadisələri ilə bağlı müraciət yayımladı - VİDEO

28.02.2016 23:24     Bizim reaksiya     1910

Bu gün Sumqayıt hadisələrindən 28 il ötür.
 
Moderator.az xəbər verir ki, 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb.
 
Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özlərilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.
 
Həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
 
Moderator.az xəbər verir ki, Sumqayıt hadisələrinin geniş ictimaiyyətə çatdırılmasında əvəzsiz xidmətləri olan tanınmış hüquqşunas Aslan ismayılov  Sumqayıt hadisələrinin 28-ci ildönümü ilə bağlı müraciət yayımlayıb.
 
Həmin videonu təqdim edirik:

Şərhlər