DÖVLƏT BABA xəyanəti bağışlamır

12.12.2016 22:56     Bizim reaksiya     3459

Azərbaycanın maliyyə sistemi son 15 ildə öz stabilliyini qoruyub. Uzaq hədəflərə hesablanmış iqtisadi mexanizm Azərbaycanı aparıcı mövqeyə çıxararaq regionun lider ölkəsinə çevirib. Hətta ölkəmiz iqtisadi inkişafın tempinə görə dünya ölkələri arasında alternativ tanımayan nümunə kimi qəbul olunub və bu reallıq uzun illər boyu davam edib. Hazırda qlobal iqtisadi böhran dövrünü yaşayırıq və Azərbaycan böhranın təsirərindən ən effektiv şəkildə qorunan ölklərdən biri kimi tanınır. Lakin çox təəssüf ki, bəzən dövlət tərəfindən etimad göstərilən şəxslərin arasında elələri tapılır ki, dünyanın yaşadığı böhranın təsirlərindən mümkün qədər az itki ilə çıxmağa çalışan ölkəmizin maraqlarını öz şəxsi, merkantil maraqlarına qurban verir. Yaranmış vəziyyəti daha çox pul qazanmaq üçün fürsət hesab edənlər dövlətə dəstək vermək, canab Prezidentin etimadını doğrultmaq və yalnız dövlətin müəyyən etdiyi istiqamət üzrə fəaliyyət göstərmək əvəzinə, vəziyyətin daha da ağırlaşmasına, insanların sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq əməllərə əl atırlar. Buna misal kimi Beynəlxalq Bankın rəhbərliyinin yumşaq desək, ziyanlı fəaliyyətini göstərə bilərik. Bu adamlar hələ də dərk edə bilmirlər ki, cənab Prezidentin üstünlük verdiyi sosial siyasətə və yalnız ölkə əhalisinin güzəranının yaxşılaşdırılmasına hədəflənmiş proqramlara zidd olan davranış nümunələri heç bir halda cəzasız qalmır. Dövlətin etibar etdiyi vəsaitlərdən şəxsi maraqlar üçün istifadə etmək, dövlətin puluna göz dikmək bilavasitə cənab Prezidentə və dövlətə qarşı xəyanətdir və bunun cəzası həmişə ağır olub. Belə bir mürəkkəb dövrdə, milli valyutanın dəyərini qorumaq üçün dövlətin maksimum səy göstərdiyi bir zamanda “qara bazara” ruh vermək və bunu xəlvəti şəkildə həyata keçirmək xəyanət deyilsə, bəs nədir? Changir Hacıyevin aqibətindən nəticə çıxarmaq bu qədərmi çətin idi? Yüksək çinli məmurların korrupsiya əməllərinin ifşası hər kəsin gözü qarşısında baş vermədimi? Dövlətin bu əməlləri törədənlərə qarşı barşımaz və sərt mövqeyi günümüzün aydın görünən mənzərəsi deyilmi? Elə isə bu insanlar dövlərin vəsaitlərinə qənim kəsilmək, insanları hökumətdən narazı salmaq havəsini haradan alırlar? Görünür dövlət xəyanət yolunu tutanara qarşı mövqeyini daha da sərtləşdirməli və cənab Prezidentin müəyyən etiyi siyasətin ən xırda komponentinə belə cavab verməyən əməllərə daha ağır cəza müəyyənləşdirməlidir. 
Dövlətin vəsaitini kimsə rahatlıqla həzm edə bilməz. Bu baş verərəsə və kimsə dövlətin vəsaiti hesabına öz evində xəzinə yaradarsa, bunun cəzasını mütləq çəkəcək. Geci-tezi var - DÖVLƏT BABA xəyanəti bağışlamır!

Şərhlər