Mütaliə zamanı qarşılaşdığmız səhvlər - itirilmiş hərflər

Şəxsiyyətimizin formalaşmasında mütaliənin rolu danılmazdır.Bədii əsərlər bizim dünyagörüşümüzü genişlənədirir, nitq qabiliyyətimizi inkişaf etdirir, mənəviyyatımızı formalaşdırır.                                                                                                    Bunlarla yanaşı oxuduğumuz kitablar söz ehtiyyatımızın zənginləşdirilməsinə, nitq mədəniyyətimizin inkişafına (orfoqrafik normaları gözləmək,sözlərin məna çalarlarını anlamaq və yerli-yerində işlətmək və s.),məlumat mənbələrindən istifadə etmək bacarığımıza müsbət təsir göstərir. Ancaq bəzən oxuduğumuz kitablarda belə, orfoqrafik və sözlərin sətrdən-sətirə keçirilməsində səhvlərə rast gəlirik. Belə səhvlər, hər kəsdə olmasa da, bəzilərimizdə yalnış anlaşılmalara gətirib çıxarır. Buna Artur Konan Doylun "Seçilmiş əsərləri" kitabını misal göstərmək olar.

 

Qeyd edək ki, "Dünya ədəbiyyatı seriyası"ndan təqdim edilən kitaba oxucuların sevimlisi Şerlok Holms obrazını əhatə edən "Baskervillərin iti" romanı, "İtmiş dünya" povesti, "Ala-bəzək lent" və "Göy yaqut" hekayələri daxil edilmişdir. Kitaba diqqətlə nəzər yetirsək,görərik ki, bəzi sözlər düzgün yazılmamışdır. Sözlərdə ya hər hansı bir hərf çatmır ya da artıqdır. Yəni orfoqrafik norma pozulmuşdur. Eyni zamanda sözlərin sətrdən-sətirə keçirilməsində də  səhvə yol verilmişdir. Belə kitabların mütaliəsi əvvəldə sadaladığımız müsbət keyfiyyətlərə də öz mənfi təsirini göstərir. Belə ki,biz hər hansı yalnış yazılmış sözü doğru kimi qəbul edib, elə bu cür də istifadə edə bilərik. Yaxud da yazıçının  oxucularına çatdırmaq istədiyi fikirləri tam olaraq anlamaya bilərik. Dahi Nizaminin "Sirlər xəzinəsi"ndə deyildiyi kimi: 

Yalnız qələm gücünə düşüncələr saxlanır,

Misra, söz quşlarının qanadına bağlanır.                                                                                                                         

Əgər misralarımız yalnış sözlərdən ibarət olarsa,yaranacaq düşüncələrimiz də bir yalnışdan ibarət olacaq.

Ümumilikdə isə bu tip səhvlər məsuliyyətsizliyin göstəricisi sayıla bilər. Həmçinin burada məslək sevgisinin olmadığını da sübut edir. Bu cür yalnışlıqların olmaması üçün isə məsul şəxslərin daha məsuliyyətli və diqqətli olması çox önəmlidir. Təbii ki,görülən işə olan sevgi də həlledici rol oynayır. Təkcə mətbəələrdə məsul şəxslər deyil, hamımız gördüyümüz işə məsuliyyət və sevgi ilə yanaşmalıyıq. Əks təqdirdə  misal gətirdyimiz kitabdakı kimi qüsurlar ortaya çıxar və bu da çəkdiyimiz əziyyətin sonda puç olmasına gətirib çıxarar.

 

Nilufər

Reaksiya.az

Advertisement Banner

Şərhlər