Efir məkanında fərqli düşüncə - XURAL TV 2 yaşında

18.06.2021 14:06     Bizim reaksiya     1054

"Xural TV" - nin ilk canlı yayımından 2 il ötür.

Reaksiya.az xəbər verir ki, “Xural” qəzetinin varisi hesab olunan və tanınmış jurnalist Əvəz Zeynallı tərəfindən yaradılan  “Xural TV” internet televiziyasının canlı yayına başlamasından 2 il ötür.

2015-ci ilin aprel 3-də  yutub platformasına ilk videosunu yerləşdirilən Xural TV, canlı yayıma 2019-cu il, iyunun 18-də başlayıb. Qısa zaman ərzində böyük izləyici kütləsi toplayan "Xural TV"- nin hal - hazırda 93 mindən çox abunəsi var.  

 "Reaksiya Media Group"- nun kollektivi adından bu gün ən çox izlənilən internet televiziyalarından birinə çevrilən Xural TV- nin bütün kollektivini, dəyərli Əvəz Zeynallını ürəkdən təbrik edir, gələcək fəaliyətlərində müvəffəqiyyətlər arzulayırıq.

Reaksiya.az

Şərhlər