"Gəncə xanı" Elmar Vəliyev geri qayıdır?

09.07.2021 15:50     Bizim reaksiya     943

Üç il öncə başından güllələnən Gəncənin keçmiş icra Elmar Vəliyevlə bağlı dünən ekspertiza rəy verib ki, onda sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

Lakin Elmar Vəliyevin sağlam dim- dik ayaqda olduğu, şəxsi maşınını sürdüyü, hətta ona aid olan bazara belə getdiyini görən Gəncə sakinlərinin dediyinə görə Elmar Vəliyev yenidən “Gəncə xanlığı”na qayıdır. Gəncə sakinləri Elmar Vəliyevin ölkə başçısının adından istifadə edərək yenidən vəzifəyə qayıdacağını, hətta Bakı şəhərinə icra başçısı təyin ediləcəyini dediyini iddia edirlər.

  


İllərlə Gəncə şəhərində at oynadan, özünü “Gəncə xanı” elan edən Elmar Vəliyevin bu qədər arxayın olmağına səbəb nədir? Qanunları heçə sayan, özünü bu qədər yüksəkdən aparıb ölkə başçısının adından danışan birinin arxasında görəsən hansı qüvvələr dayanır?

Ekspert rəyinində də qeyd edilən kimi, Elmar Vəliyev hələ də özünü icra başçısı kimi hiss edir.

Ölüm yatağından qalxıb gələn keçmiş icra başçısı sui - qəstlə bağlı məhkəmədə ifadə verəcək durumda olmasa da sanki gəncəlilərdən qisas almaq hissi ilə alışıb yanır.

Reaksiya.az

Şərhlər