İran Qarabağda İES tikir - VİDEO

11.02.2016 17:38     Dünyadan reaksiya     1218

İranın işğal olunmuş torpaqlarımızda tikdiyi İstilik Elektrik Stansiyalarından gələcəkdə müştərək istifadə edə bilərik.
ANS TV-nin məlumatına görə, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyevbildirib.

“Biz hələ danışıqlar aparırıq. Bildiyiniz kimi bizim işğal olunmuş torpaqlarda stansiyaların tikintisinə hələ imkanımız yoxdur. Amma İran İslam Respublikası elektrik stansiyaları tikir. Mən belə başa düşürəm ki, nə vaxtsa biz bu stansiyaları müştərək istifadə edəcəyik". 

Nazirin sözlərinə görə, burada söhbət "Qız qalası” və “Ordubad” stansiyalarından gedir. "Biz bununla daha ətraflı məşğul olacağıq”, - deyə nazir əlavə edib. 

Şərhlər

Çox oxunanlar