“Dağlıq Qarabağı “Azərbaycanın məsələsi” adlandırmayın” - Yuşşenko

19.02.2016 21:51     Dünyadan reaksiya     1195

“Azərbaycanda, Dağlıq Qarabağda baş verənləri “Azərbaycanın məsələsi” adlandırmayın. Cənubi Osetiyada, Abxaziyada baş verənləri “gürcü məsələsi” adlandırmayın. Yaxud da Dnestryanıdakını – “moldav məsələsi”. Bunlar hamısı rus məsələsidir”.

Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko müasir Rusiya siyasətinin nüanslarınını şərh edərkən deyib.

Onun sözlərinə görə, bunlar Şərqi Avropada bizimlə birgə yaşayan bütöv bir destabilizasiya zənciridir.

“O əzablar, hansı ki bu gün Ukrayna çəkir, əlbəttə, böyük dərd, milli yaradır. Amma mən çox istərdim ki, bunu Avropada və dünyada altını cızaraq geosiyasi münaqişə və problem kimi oxusunlar. Ona görə də mən çox məsləhət görərdim ki, xüsusən də Avropada “Zəng kimin üçün çalınır?” deyə soruşmasınlar”, - V.Yuşşenko vurğulayıb

Aznews.az

Şərhlər