Terrorçu özünü stadionda partlatmaq istəyirmiş

19.03.2016 22:04     Dünyadan reaksiya     994

Salah Əbdüslama rəsmi ittiham elan olundu.

Fransanın paytaxtı Parisdə törədilən terror aktlarının təşkilində əsas şübhəli şəxs Salah Əbdüslam özünü "şəhid kəməri" ilə "Stad de Frans" stadionunda partlatmağ istəyirmiş. ANS PRESS-in məlumatına görə, bu barədə istintaqa istinadən Fransa mətbuatı xəbər verib.

27 yaşlı Əbdüslam terror aktlarının təşkilində günahlandırılır.

Terrorçunun əsas məqsədi keçən il noyabrın 13-də "Stad de Frans" stadionunda Fransa vəAlmaniya arasında keçirilən yoldaşlıq matçı zamanı özünü partlatmaq olub.

Dünən Brüsselin Molenbek kommunasında yaxalanan Salah Əbdüslama rəsmi ittiham elan olunub. Əbdüslam terrorizmdə ittiham olunur. 27 yaşlı Əbdüslam terror aktlarının təşkilində günahlandırılır.

"Stad de Frans" stadionu
"Stad de Frans" stadionu

Əbdüslamla birlikdə həmçinin Monir Əhməd Alyaax və Abid.A. da terrorizmlə bağlı ittiham edilib. Onlar həmçinin terror təşkilatına üzvlükdə və terrorçulara kömək etməkdə günahlandırılırlar.

Brüsseldə keçirilən xüsusi əməliyyat zamanı saxlanmış Cəmilə M. adlı qadın cinayətkarlara kömək etməkdə ittiham edilsə də azad olunub. Daha bir qadın isə ittiham təqdim olunmadan azad edilib. Dünən keçirilən xüsusi əməliyyat zamanı Salah Əbdüslam ayağından yaralanıb. Bu barədə Belçika baş naziri Şarl Mişelin dəftərxanasından bildirilib.

“Biz onu ələ keçirdik”, - deyə həmçinin Belçikanın dövlət katibi Teo Franken xəbəri təsdiq edib. Fransa prezidenti Fransua Olland terrorçuluğa qarşı müvəffəqiyyətli əməliyyatla əlaqədar bəyanat vermək üçün Belçikaya gəlib. O, Belçika baş naziri ilə birgə bəyanat verib və xəbəri təsdiqləyib.

Keçirilən əməliyyat zamanı
Keçirilən əməliyyat zamanı

Fransanın terrorçuluğa qarşı mübarizə polisi artıq bir neçə gün idi ki, axtarışlara başlamışdı. Ötən gün Parisin mərkəzində terror aktı hazırlamaqda şübhəli bilinən dörd nəfəri həbs edilib. Əməliyyat zamanı üç nəfər kişi və bir qadın terrorçu saxlanılıb. Təhlükəsizlik xidmətləri onların terrorçu qruplaşmalarla əlaqələri haqqında informasiyaya malikdir. Keçən il noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Hadisə metroda və stadionun yaxınlığında 2 partlayış, restorana və konsert zalına silahlı hücum şəklində baş verib.

 

Şərhlər