Çində partlayış olub, 5 nəfər ölüb, 20 nəfər yaralanıb

20.03.2016 11:57     Dünyadan reaksiya     782

Çinin Xunun əyalətinin mərkəzində yanacaq daşınan avtomaşında partlayış baş verib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış avtomaşın yolda hərəkətdə olarkən baş verib.

 

Nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Partlayış nəticəsində 4 avtomobil yanıb, partlayış dalğası 7 avtomobilə ziyan vurub.

Şərhlər