Türkiyə prezidenti terrora qarşı səfərbərliyə çağırdı

21.03.2016 15:51     Dünyadan reaksiya     954

Türkiyə prezidenti qorxunu qorxudanlar olacaqlarını deyib.

"Millətimizə terror təşkilatlarına qarşı səfərbərlik çağırışı edirəm". ANS PRESS-in məlumatına görə, bu çağırışı son günlər terrorçuların hədəfi olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Ərdoğan Haliç Konqres Mərkəzində dünya meşəçilik günü ilə bağlı təşkil edilən tədbirə qatılıb. O, deyib ki, şəhidlərimiz birliyimiz və varlığımızın ən böyük təminatdır. 

"Türkiyənin mübarizəsi ancaq terrorçularla deyil. Yalanlarla onları dəstəkləyənlərlə də mübarizə aparırıq. Terrorun yeni üsullarına qarşı bizdə yeni mübarizə yolları taparaq qısa zamanda nəticə əldə edə biləcəyimizə inanırıq. Bölgədə istədiyini əldə edə bilməyən terror təşkilatları mülki əhalini hədəf almağa başlayıb". 

Onun sözlərinə görə, Türkiyə bir müddətdir ki, tarixinin ən böyük terror dalğası ilə üzləşib. O, deyib ki, bir yandan PKK, bir yandan isə onunla birlikdə hərəkət etmək qəraraı alan İŞİD millətə hücumlar təşkil edir. 

"Bu günə kimi xalqla savaşıb, uğur qazanan heç bir terror təşkilatı olmayıb. Bizə qorxmaq yaraşmaz. Biz bu qorxunu qorxudanlar olacağıq. 

Prezident deyib ki, ölkəsi bu mübarizədə müntəzəm olaraq qərb ölkələrinin  etirazları ilə qarşılaşır. "Avropa İttifaqı PKK-nı terror təşkilatı elan edib. Necə ola bilər ki, Beçikanın mərkəzidə onlara çadır qurmağa icazə verir? Siz səmimi olmadığınız müddətdə mən belə danışmağa davam edəcəm. 1963-cü ildən bəri Türkiyəni qapısında gözlədən Aİ ikiüzlüyə davam edir". Aİ-dən örnək alsaq onda gərək miqrantlara qapımızı bağlayaq, terrorçulara qol qanad gərək. 

Ərdoğan deyib ki, bundan sonra Avropadan tələbləri ölkələrindən qaçan miqrantların öz ölkələrini daha yaşana bilinən hala gətirməsinə dəstək vermələridir.  O, Türkiyə sərhədində təhlükəsiz bölgə yaratamağı təklif edib. "Suriyadan çıxmaq istəyənləri buraya yerləşdirək. Türkiyədəki suriyalıları da ora qaytaraq. Yeni binalar inşa edək". 

Belçikada PKK terror təşkilatının qurduğu çadır
Belçikada PKK terror təşkilatının qurduğu çadır

Rəsmi Ankara Belçikanın paytaxtı Brüsseldə PKK terror qruplasşmasına aid təbliğat çadırının qurulmasına öz etirazını bildirib. ANS PRESS-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu məqsədlə belçikalı həmkarı Didye Reyndersə zəng vurub. Çavuşoğlu həmkarına Avropa İttifaqınınmərkəzində belə bir çadır qurulmasının qəbul edilməsinin mümkün olmadığını deyib.

Çadırın daha əvvəl dağıdıldığını xatırladan Türkiyə XİN rəhbəri hazırda həmin çadırda PKK şüarlarının, terrorçuların şəkillərinin təkrar nümayiş etdirildiyini və bunun söz və toplaşmaq azadlığı ilə heç bir əlaqəsinin olmadığını bildirib. Mövlud Çavuşoğlu Belçikadan, terror qruplaşmasının fəaliyyətlərinə izn verilməməsini gözlədiklərini qeyd edib.   

 

Şərhlər

Çox oxunanlar