Gürcüstan prezidenti Novruz tonqalını alovlandırdı

21.03.2016 18:54     Dünyadan reaksiya     735

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili azərbaycanlıların Novruz şənliyinə qatılıb.

Reaksiya.info Teleqraf.com-a istinadən xəbər verir ki, dövlət başçısı həmyerlilərimizin sıx yaşadığı Marneuli şəhərində keçirilən bayram tədbirində iştirak edib.

Novruz tonqalını alovlandıran Marqvelaşvili azərbaycanlılarla yumurta döyüşdürüb, onların bayramını təbrik edib.

Gürcüstan prezidenti mərasimdən olan fotoları rəsmi feysbuk səhifəsində paylaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərhlər