Savçenkoya 23 il həbs cəzası verilə bilər

21.03.2016 22:33     Dünyadan reaksiya     670

Rusiyanın Rostov vilayətinin Donetsk rayon məhkəməsində ukraynalı pilot qadın Nadejda Savçenkonun cinayət işi üzrə qərarın oxunması sabah səhərə qədər təxirə salınıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qərarın oxunması sabah yerli vaxtla saat 10-da (Bakı vaxtı ilə 11-də) davam etdiriləcək.
 
İki illik istintaqdan sonra Savçenko barəsində məhkəmə hökmünün oxunmasına bazar ertəsi səhər başlanıb. Məhkəmə iclası gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir.
 
Artıq məlumdur ki, dövlət ittihamçısı iki rusiyalı jurnalistin ölümündə günahlandırılan ukraynalı pilot qadının 23 il müddətinə həbsini tələb edib. Müttəhim özünü gunahsız hesab etdiyini deyib.
 
Məhkəmə iclasının fasiləsində Savçenko bildirib ki, hökm oxunduqdan sonra Ukrayna tərəfinə təhvil verilməsi tələbi ilə quru aclıq aksiyasına başlayacaq.

Şərhlər