“Rusiya ilə hərbi müttəfiq olmayacağıq”

28.11.2016 16:25     Dünyadan reaksiya     1259

Filippin Rusiya və Çinlə hərbi ittifaqa girməyə hazır deyil.

Axar.az xəbər verir ki, bunu “Raşşın Tudey” televiziyasına açıqlamasında Filippin Prezidenti Rodriqo Duterte söyləyib. Onun sözlərinə görə, Filippin artıq bu cür cəhdi 50-ci illərdə edib:
 
“Mən yeni dostlarımız olan Rusiya və Çinlə əməkdaşlığa hazıram. Bizim aramızda müttəfiqlik olmayacaq. Mənə dedilər ki, Amerika bizə silah tədarükünü dayandırıb. Bunun əvəzində cavab verdim ki, bizə kifayət qədər silah verməyə gücü olacaq dostumuz var”.
 
Qeyd edək ki, bu ilin oktyabrında Duterte Rusiya və Çinlə hərbi ittifaqa girməyə hazır olduğunu söyləyib.
 

Şərhlər