Olbrayt: “ABŞ Yaxın Şərqdən çıxmalıdır”

01.12.2016 14:43     Dünyadan reaksiya     1369

Vaşinqton artıq Yaxın Şərqə rəhbərlik etmək siyasətindən imtina etməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt söyləyib. Xanım diplomatın fikrincə, artıq bu, Vaşinqton üçün problemlər yaradır:

“ABŞ uzun illərdir Yaxın Şərqə daxil olub. Bizi burada yerlilər dinləmirlər. Yaxın Şərqdəki problemi xaricdəki gücün həll etməsi mümkün deyil. Bu bölgə yalnız özü-özünü düzəldə bilər. Yaxın Şərqdəki böhranların sona çatması üçün daxili savaşlara son verilməlidir. Təbii ki, biz buradan bir gecə içində çıxa bilmərik. Yaxın Şərqdə çox dinamik bir əhali var və biz onları görmürük”.

Reaksiya.az

Şərhlər