İran XİN: Sanksiyaların uzadılması ABŞ-a qarşı etimadsızlığa səbəb olacaq

03.12.2016 13:38     Dünyadan reaksiya     1167

ABŞ tərəfindən sanksiyaların müddətinin uzadılması dünya icitmaiyyətinin ABŞ-a qarşı etimadsızlığına səbəb olacaq.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İrana tətbiq olunan sanksiyaların uzadılması barədə qərarı şərh edən xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

ABŞ-ın indiki prezidenti Barak Obama Konqresin qəbul etdiyi İrana tətbiq olunan sanksiyaların 10 il müddətinə uzadılması barədə qanunu imzalamağa hazırlaşır.

İranlı nazir: “Əgər ABŞ prezidenti sanksiyaları uzatsa, bunun heç bir təsiri olmayacaq, amma dünya ictimaiyyəti tərəfindən ABŞ etibarsız tərəfdaş kimi qəbul olunacaq”.

Onun sözlərinə görə, bu sanksiyalar İranın digər dövlətlərlə münasibətlərinə təsir göstərməyəcək.

Şərhlər

Çox oxunanlar