Qazaxıstanın Belarusdakı səfirliyinin mühasibi təxminən 700 min dollar mənimsəməkdə ittiham olunur

05.01.2017 12:21     Dünyadan reaksiya     1024

Qazaxıstan Milli Antikorrupsiya Bürosu Qazaxıstanın Belarusdakı səfirliyinin baş mühasibi A.Seydualiyevi saxlayıb.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.
 
Qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, A.Seydualiyevin 2012-2015-ci illərdə səfirlik binasının tikintisiylə məşğul olan baş podratçı "Aktivbiznesplyus" MMC-yə guya ödənişlər həyata keçirdiyini göstərmək məqsədilə saxta kassa məxaric orderləri hazırlayıb və 207 min dollar dəyərində büdcə vəsaitini mənimsəyib.
 
Bundan əlavə, göstərilən müddət ərzində A.Seydualiyev Belarus vergi orqanlarından ƏDV-nin geri qaytarılması kimi səfirliyin ünvanına daxil olmuş 474,883 min dollar məbləğində pul vəsaitini də mənimsəyib.
 
"Mənimsənilmiş pul vəsaitinin ümumi məbləği 681,883 min dollar təşkil edir", - məlumatda bildirilib.
 
Mühasib saxlanılaraq Astana polisində müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Məhkəməöncəsi istintaq prosesi davam etdirilir.

Şərhlər