Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək

05.01.2017 21:49     Dünyadan reaksiya     1196

Səudiyyə Ərəbistanı Həcc kvotasını yüksəldir.

Trend-in ölkənin rəsmi "SPA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Muhamməd bin Salih bin Tahir Bəntən bununla bağlı Ciddədə İslam ölkələrinin rəsmiləri ilə görüşüb.

Kvotanın yüksəldilməsinə səbəb Məkkənin müqəddəs məkanlarında genişləndirmə işlərinin yekunlaşmaq üzrə olması və bəzi yerlərdə işlərin tam başa çatmasıdır.

Nazir kvotanın yüksəldilməsi səbəbindən bu il təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini deyib. Sayın nə qədər artırılacağı açıqlanmayıb.

Reaksiya.az

Şərhlər