Hillari Klinton hər hansı bir seçkilərdə iştirak etməyəcək

09.01.2017 08:15     Dünyadan reaksiya     1173

Prezidentliyə sabiq namizəd Hillari Klinton ABŞ-ın Nyu-York şəhərinin meri vəzifəsinə seçkilərdə, habelə gələcəkdə hər hansı bir seçkilərdə iştirak etməyəcək.

Reaksiya.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu H.Klintonun nümayəndəsi Nira Tanden CNN telekanalına deyib.

"Düşünürəm ki, o uşaqlara və ailələrə kömək etmək üsullarını axtarır. O, bu istiqamətdə ömür boyu çalışıb. Mən düşünmürəm ki, seçkilərdə nə vaxtsa bir daha iştirak edəcək", deyə Tandem bildirib.

Reaksiya.az

Şərhlər