Rusiya İŞİD-in 174 neft obyektini məhv etdi

10.01.2017 22:20     Dünyadan reaksiya     1053

Rusiya Hərbi Hava Qüvvələri Suriyada əməliyyatlara başladığı 2015-ci ilin sentyabrından indiyə qədər İŞİD-ə aid 174 neft obyektini məhv edib.

Axar.az xəbər verir ki, bu haqda Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov açıqlamasında bildirib.
 
O, həmçinin qeyd edib ki, bu müddət ərzində 12.360 kv/km ərazi terrorçu qruplarından geri alınıb:
 
“Biz 2015-ci ilin 30 sentyabrından indiyə qədər 19 min döyüş uçuşu həyata keçirmişik. Nəticədə terrorçulara 71 min zərbə endirilib. Qərb isə İŞİD-lə mübarizədə heç bir uğur əldə etməyib”.

Şərhlər