Əfqanıstandakı partlayışda 5 BƏƏ diplomatı ölüb

11.01.2017 12:46     Dünyadan reaksiya     1007

Ötən gün Əfqanıstanın Qəndəhar vilayətində baş vermiş partlayış nəticəsində həlak olanlar arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 5 diplomatı da olub.

Bu barədə Trend "Assoşieyted Press" agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün Qəndəhar vilayəti qubernatorunun qonaq evində baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Yaralılar arasında BƏƏ-nin Əfqanıstandakı səfəri də var.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar