Rusiyanın Ermənistandakı hərbi bazasının tank ekipajları tank biatlonuna hazırlaşır

12.01.2017 12:21     Dünyadan reaksiya     1143

Rusiyanın Ermənistandakı hərbi bazasının tank ekipajları tank biatlonu üzrə "Beynəlxalq Hərbi Oyunlar-2017"nin seçmə mərhələsinə hazırlıq məqsədilə "Alagöz" yüksək dağlıq poliqonunda iki həftəlik intensiv təlimlərə başlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin məlumatına görə, təlimlərə 100-dən çox hərbçi və 30 ədəd xüsusi hərbi texnika, o cümlədən "T-72B" tankları cəlb olunub.

Reaksiya.az

Şərhlər