Suriya müxalifəti Astana görüşündə iştirak etmək üçün şərtlər irəli sürüb

12.01.2017 21:12     Dünyadan reaksiya     1033

Suriya müxalifəti Astana görüşündə iştirak etmək üçün şərtlərini açıqlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, müxalifətin Türkiyədə keçirilən müşavirəsində yüzə yaxın adam iştirak edib.
 
Məlumata görə, şərtlərin birincisi, hərbi əməliyyatların tam dayandırılması, ikincisi, danışıqlara yalınız Bəşşar Əsədin rəqibi olan “mülayim” hərbi müxalifətin deyil, siyasi hakimiyyətin nümayəndələrinin də qatılmasıdır.
 
Qeyd edək ki, yanvarın 12-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyaya dair Qazaxıstanın paytaxtı Astanada keçirilməsi ehtimal olunan görüşü müzakirə ediblər.
 
Həmin görüş yanvarın 23-nə planlaşdırılıb. Ancaq görüşün bir həftə təxirə salınmaqla fevralda keçirilməsi də ehtimal olunur. 
 

Şərhlər