Pentaqon rəhbəri ilə Rusiya müdafiə naziri arasında "əzələ nümayişi"

17.02.2017 11:31     Dünyadan reaksiya     968

Pentaqon rəhbəri Rusiya ilə "güc nöqteyi-nəzərindən danışacaqlarını" bəyan edib

Pentaqon başçısı general Ceyms Mattis NATO üzvü olan ölkələrin müdafiə nazirlərinin iclasında ABŞ-ın Rusiya ilə əməkdaşlıq əlaqələrini bərpa etməkdə maraqlı olduğunu bəyan edib. 

Lakin Mattis Rusiya ilə "güc nöqteyi-nəzərindən danışacaqlarını" bəyan edib. Bun cavab olaraq RF müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib ki, Rusiya Pentaqonla əməkdaşlığı bərpa etməyə hazırdır, amma güc nöqteyi-nəzərindən dialoq cəhdlərinin perspektivi yoxdur. Şoyqunun sözlərinə Mattisin cavabı da maraqlı olub.  "Rusiyanın bəyanatına cavab verməyə borclu deyiləm. NATO həmişə hərbi gücün və demokratik ölkələrlə azadlıqların müdafiəsinin tərəfdarı olub" — Mattis bildirib.

Reaksiya. az

Şərhlər