Ohanyan Sarkisyana meydan oxudu: `Hakimiyyətin əleyhinəyəm`

17.02.2017 15:41     Dünyadan reaksiya     1090

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Sarkisyan hakimiyyətinə meydan oxuyub.

Reaksiya.az erməni mətbuatına istinadən xəbər verir ki, Ohanyan mövcud hakimiyyətin əleyhinə olduğunu bəyan edib: “Mən xalqın əksər hissəsi kimi, Ermənistanda bugünkü hakimiyyətin əleyhinəyəm”.

“Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən olan Seyran Ohanyan vurğulayıb ki, onun Ermənistan prezidenti ilə düşüncələri fərqlidir: “Aramızda problem yoxdu. Bizim idarəçiliklə bağlı fərqli görüşlərimiz var”.

O, həmçinin əlavə edib ki, təmsil etdiyi bloka qarşı hakimiyyət tərəfindən informasiya kampaniyası aparılır. Sabiq nazir bu kampaniyaya müxtəlif siyasi xadimlərin, KİV-in, hətta partiya və blokların da cəlb olunduğunu vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar