Türkiyənin uğurları ABŞ-ı qorxutdu

17.02.2017 15:49     Dünyadan reaksiya     1382

ABŞ Suriyada quru əməliyyatlara başlaya bilər.

 Bu barədə CNN məlumat yayıb. Xəbərə görə, ABŞ-ın Müdafiə Nazirliyi Suriyanın şimalına əsgər göndərməyi planlaşdırır. Belə bir təklif Pentaqon tərəfindən edilib.

Əgər ABŞ prezidenti Donald Tramp təklifə müsbət cavab verərsə, rəsmi Vaşinqton İraqdan sonra ilk dəfə hər hansı bir ölkəyə əsgər göndərmiş olacaq. Məlumata görə, rəsmi Vaşinqton İraqda baş vermiş hadisələrdən sonra Suriyada uzunmüddətli hərbi əməliyyatlar həyata keçirməyə qorxur. Çünki İraq müharibəsində quru əməliyyatlar zamanı ABŞ çox sayda əsgər itirib. 

Amma Tramp hakimiyyətə gəldikdən sonra bir ay ərzində İŞİD terror təşkilatına qarşı müharibə planın hazırlanması barədə tapşırıq vermişdi. Quru qüvvələrin Suriyada hansı tərəfdən vuruşacağı barədə məlumat yoxdur. Hazırda isə ABŞ Silahlı Qüvvələrində aid çox az sayda əsgər Rakkanın İŞİD-dən azad olunmasında iştirak edir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_abd_askeri.jpg
Suriyada ABŞ-lı xüsusi təyinatlılar 

Rəsmi Vaşinqton və Ankara arasında Rakkanın azad edilməsi ilə bağlı danışıqlar aparılır. Ankara PYD və YPG qüvvələrinin Rakkanın azad edilməsində iştirakını qəbul etmir.  

ab_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_19645.jpg
Suriyaya nəzarət edən qüvvələri 

ABŞ-ın birdən birə Suriyada quru əməliyyatlar başlamasının arxasında «Böyük Kürdüstan» planın olduğunu desək yanılmarıq. Çünki Türkiyə artıq Cerablus və Əl-Bab şəhərlərini İŞİD terrorçularından təmizləyib. Son hədəf isə Rakka şəhəridir. Türkiyə Rakka şəhərini azad etsə, demək olar ki, ABŞ-ın dəstəklədiyi PYD və YPG qüvvələri mühasirəyə düşür. Mühasirədə qalan PYD/YPG güclərinə Türkiyənin hücum etməyəcəyinə heç kim təminat verə bilməz. Çünki Türkiyənin şimalında yaradılan kürd bölgəsi ölkənin təhlükəsizliyinə hədədir. Həmçinin Rusiya da Suriya ərazisində mövqelərini genişləndirib. Bu genişlənmə Türkiyə ilə Rusiyanın birgə əməkdaşlığı nəticəsində baş tutub. Ona görə də ABŞ-ın tələsik formada əməliyyatlara başlamasını Türkiyə və Rusiyanın uğurlu əməliyyatları ilə  əlaqələndirmək olar.

Reaksiya.az

Şərhlər