Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq

18.02.2017 18:59     Dünyadan reaksiya     1108

 Çin fevralın 19-dan başlayaraq Şimali Koreyadan kömür idxalını dayandıracaq.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri bəyanat yayıb.

Nazir qadağaların dekabrın 31-dək qüvvədə ola biləcəyini bildirsə də, ancaq nəyə görə bütün daşınmaların dayandırılmasına aydınlıq gətirməyib.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi ötən həftə xəbər yayıb ki, Şimali Koreyanın 1 mln. dollar dəyərində kömürünün Çinin şərqindəki Venzhou limanında boşaldılmasından imtina edilib. Bu addım rəsmi Pxenyanın ballistik raket buraxılışını sınaqdan keçirnəsindən bir gün sonra atılıb.

Reaksiya.az

Şərhlər