Mosulun qərbinin azad edilməsinə başlanılıb

19.02.2017 12:28     Dünyadan reaksiya     1273

İraq ordusu Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatına başlamasını bəyan edib.
Reaksiya.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda İraqın baş naziri Heydər əl-İbadinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mosulun şərq hissəsi keçən ilin oktyabrında keçirilən əməliyyat nəticəsində tam azad edilib.

Reaksiya.az

Şərhlər