Ərdoğanın içində olduğu avtobus qəza törətdi, mühafizəçisi yaralandı

19.02.2017 12:43     Dünyadan reaksiya     1149

Ərdoğan avtobusdan enərək uzun müddət mühafizəçinin yanından ayrılmayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın içində olduğu avtobus Elazığ vilayətində bələdiyyədən ayrılan vaxt qəzaya uğrayıb. Mühafizəçilərdən biri avtobusun altında qalaraq xəsarət alıb.

Ərdoğan avtobusdan enərək vəziyyətə müdaxilə edib. Türkiyə prezidenti mühafizəçinin yanından uzun müddət ayrılmayıb. Yaralı xəstəxanaya aparılıb. Onun səhhəti haqqında məlumat verilmir.

Reaksiya.az

Şərhlər