Tramp: ABŞ Suriyada təhlükəsizlik zonalarını Fars Körfəzi ölkələrinin hesabına yaradacaq

19.02.2017 12:59     Dünyadan reaksiya     1255

ABŞ Qərbə qaçqın axınına son qoymaq üçün Suriyada təhlükəsizlik zonalarını yaradacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində mitinqdə çoxsaylı tərəfdarları qarşısında deyib.

Tramp deyib ki:"Mən Suriya və digər yerlərdə təhlükəsizlik zonaları yaratmaq istəyirəm ki, onlar (yəni yerli əhali) orada qala və təhlükəsizlik şəraitdə yaşaya bilsinlər".

Tramp təhlükəsizlik zonaların yaradılacağını vurğulayaraq qeyd edib ki: "Biz elə edəcəyik ki, Fars Körfəzi ölkələri bu zonaların yaradılmasının xərclərini qarşılayacaqlar".

Reaksiya.az

Şərhlər