ABŞ Avropaya qoşun göndərir

20.02.2017 11:46     Dünyadan reaksiya     1470

Amerika hərbçiləri Polşaya Almaniya və Çexiya ərazisindən keçməklə gedəcəklər

Birləşmiş Ştatlar aprel ayında Polşanın şimal-şərqinə daha minə yaxın hərbçi göndərəcək.Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə Amerikanın Avropadakı qoşunlarının Almaniyanın Visbaden şəhərində yerləşən Baş Qərargahı öz "Twitter" mikrobloqunda məlumat yayıb.

"ABŞ bundan sonra da NATO-nun şərq cinahını gücləndirməyi planlaşdırır. 2017-ci ilin aprelində Polşanın Ojiş şəhərinə hərbi texnika ilə yanaşı təqribən min Amerika hərbçisi göndəriləcək" — deyə məlumatda bildirilir. Qeyd olunur ki, Amerika qoşunları Polşaya Almaniya və Çexiya ərazisindən keçməklə gedəcək.

Reaksiya.az

Şərhlər