Prezident Administrasiyası mühasirəyə alınır: İnqilab və müharibəyə SAATLAR QALDI - FOTOLAR

20.02.2017 14:33     Dünyadan reaksiya     1597

Ukrayna Prezident Administrasiyasının yaxınlığına hərbi texnika və silahlı döyüşçülər cəmlənir.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, hərbi aktivlik bu gün paytaxtın mərkəzində keçirilməsi nəzərdə tutulan genişmiqyaslı etiraz aksiyaları ilə bağlıdır.

Qeyd edək ki, Kiyevdə fevralın 20-nə genişmiqyaslı etiraz aksiyaları təyin edilib. Müddətsiz aksiyalarda banklar tərəfindən aldadılmış əmanətçilər, kiçik biznes federasiyaları və radikal sağçı təşkilatların, həmçinin “Hajdak” hərəkatı və "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) millətçi döyüşçüləri iştirak edəcəklər.

Etiraz aksiyası saat 19.00-da başlanacaq.

Daha əvvəl “Rossiya” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib ki, Kiyev yeni inqilab ərəfəsindədir. “Bu, fevralın 20-də olacaq. Qarşıda Kiyevi müharibə gözləyir. Biz buna müdaxilə etməyəcəyik”, - deyə partiya sədri bildirib.

Reaksiya.az

Şərhlər