Türkiyə-Yunanıstan müharibəsi hər an başlaya bilər

21.02.2017 13:54     Dünyadan reaksiya     1312

Yılmaz Altınsoy: "Qərb, Yunanıstan ilə Türkiyəni qarşı-qarşıya gətirərək, pravoslav Yunanıstana din qardaşı Rusiyanın sahib çıxmasını və beləcə Rusiya-Türkiyə blokunun çökməsini hədəfə alıb"

Mədəniyyətlərin savaşında ikinci pərdə aralanmaq üzrədir. İndiki mərhələdə sivilizasiyalararası qarşıdurmanın, Qərb və pravoslavlığın ənənəvi hamisi olan Rusiya arasında olacağını əvvəlki məqalədə yazmışdım. Ancaq son yaşanan hadisələr bu orta mərhələdə daha bir toqquşmanın yaşana biləcəyini üzə çıxardı. Təbii ki, planlayıcı yenə də Qərbdir. Qərb mədəniyyəti, pravoslav Rusiya ilə müsəlman Türkiyənin yaxınlaşmasının qarşısını almaq üçün qədim aləti olan Yunanıstanı son kozır olaraq səhnəyə çıxarmağa hazırlaşır.

Bunun ilk işarəsi, 2016-cı il iyulun 15-də çevrilişə cəhddən sonra Yunanıstana sığınan türk zabitlərin Türkiyəyə geri qaytarılmaması oldu. Əlbəttə, belə bir qərarı yunan hökuməti təkbaşına verməyib. Əksini iddia etmək xəyalpərəstlik olardı. 

Siyasi varlığını ABŞ-la dostluq sayəsində və NATO-da yer alaraq qoruyan, Avropa Birliyinə 400 milyard avro borcu olan, iflasın astanasındakı Yunanıstanın güclü Türkiyənin tələbinə qarşı təkbaşına dirənə bilməsi əlbəttə mümkün deyil. Çünki hərbi çevrilişlərdən çox çəkmiş bir ölkə olaraq Yunanıstan öz içindəki xunta həvəskarlarını heç vaxt cəsarətləndirmək istəməz.

Qərb, Yunanıstan ilə Türkiyəni qarşı-qarşıya gətirərək, pravoslav Yunanıstana yenə pravoslav Rusiyanın sahib çıxmasını və beləcə Rusiya-Türkiyə blokunun çökməsini hədəfləyir. Qısası, Qərb bir güllə ilə iki quş vurmağın planları üzərində çox ciddi səy göstərir.  Ötən günlərdə Türkiyənin Baş Qərargah rəisi Hulusi Akarın, Bodrum sahillərinə yaxın yerləşən Kardak adalarını ziyarət etməsi, türk ordusunun bu xain plandan xəbərdar olduğu mesajını ötürmək üçün idi. 

Oyun qurucuları həmişə olduğu kimi yenə də ingilislərdir. Ancaq bu dəfə oyun qurarkən vəkaləti hər hansı terror təşkilatlarına yox, bir dövlətə verirlər. Bu dövlət məhz Yunanıstandır. Hadisələrin müşahidəsi bu nəticəyə gətirib çıxarır. 

Burada Rusiyanın sərgiləyəcəyi rəftar olduqca əhəmiyyətlidir. Türkiyənin isə bu prosesi çox yaxşı idarə etməsi, gücünün və zəifliklərinin fərqində olaraq dik bir duruş sərgiləməsi hər şeydən əvvəl daşındırıcı olacaq. Qərb, 500 il ərzində tək bir vali ilə idarə etdiyimiz Yunanıstan vasitəsilə bizi tərbiyələndirəcəyini zənn edir. Bunu Qərbin narahat olduğu, "güclənən və özünə dönən Türkiyə paranoyası" ilə izah etmək olar. Yunanıstanın ağıllı davranıb, alət olmağı qəbul etməyəcəyini ümid edirəm. Əks halda Lozannada əlimizdən alınan Qərbi-Trakya və 12 Adalar üçün bizə tarixi fürsət vermiş olacaq.

Reaksiya.az

Şərhlər