Türkiyədən Niderlanda sanksiya xəbərdarlığı

11.03.2017 12:58     Dünyadan reaksiya     1205

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Niderlanda sanksiyalarla bağlı xəbərdarlıq edib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Nazir qeyd edib: "Niderland mənim təyyarəmin uçuşuna icazə verməyəcəyi ilə bağlı hədələyir. Bu gün Roterdama uçuram. Əgər Niderland uçuş icazəmi ləğv etsə, biz ciddi sanksiyalar tətbiq edəcəyik".

M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak edəcək.

Qeyd edək ki, Almaniya da ötən həftə türkiyəli nazirlərin iştirakı ilə keçiriləcək bir neçə mitinqə icazə verməmişdi.

Reaksiya.az

Şərhlər