Ukraynada ikinci Donbas yaradılır

15.03.2017 15:51     Dünyadan reaksiya     972

Macarlaracar siyasətçilərin Ukraynadakı etnik macarların haqları və maraqlarının müdafiəsi haqda bəyanatları Rusiyanın “rus dünyası” siyasətinə bənzəyir.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.

“Macarıstan və Ukraynanın rus aqressiyasından əvvəl də sıx əlaqələri olmayıb. Onların siyasətçilərinin Ukraynadakı etnik macarlarla bağlı açıqlamaları Rusiyanın “rus dünyasını” qorumaqla bağlı apardığı siyasətə bənzəyir. Macarıstanda sağçılar həddən artıq güclüdür. Ümumiyyətlə, Avropadakı radikal sağçıların böyük hissəsi rusiyayönlü siyasət yürüdür”, – deyə o bildirib.

Qeyd edək ki, macarlar Ukraynanın qərbindəki Zakarpatya vilayətində yerləşirlər. Macarlar bu vilayətin ümumi əhalisinin 12%-ni təşkil edirlər. Bundan öncə dəfələrlə bölgədə müxtəlif separatçılıq fəaliyyəti aparılsa da, heç bir nəticə əldə edilməyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar