Moldova MDB PA-nın Sankt-Peterburqda keçiriləck iclasına qatılmaqdan imtina edə bilər

17.03.2017 14:35     Dünyadan reaksiya     1135

Moldova parlamenti MDB Parlamentlərarası Assambleyanın martın 26-28-də Sankt-Peterburqda keçiriləcək iclasında iştirakdan imtina edilməsi məsələsinə baxacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moldova parlamentinin sədri Andrian Kandu bildirib.

Məlumata görə, bir müddət əvvəl Moldova parlamenti və hökuməti Rusiyanın ölkədəki səfiri ilə görüşdə ona etiraz notası təqdim edib. Həmin diplomatik məktubda bildirilib ki, Rusiyaya səfəri zamanı Moldova rəsmi nümayəndələri Federasiyanın xüsusi xidmət orqanları tərəfindən sorğu-sual edilir, üzərlərində axtarış aparılır: “Moldova rəsmiləri Rusiya xüsusi xidmət orqanlarının bu alçaldıcı davranışına səbrlə dözür”.

Parlament və hökumət təmsilçiləri səfirə bildiriblər ki, bu problem həll edilməyənədək Moldova rəsmiləri Rusiyaya səfərdən imtina edəcəklər.

A.Kandunun sözlərinə görə, Moldova nümayəndə heyəti 10 nəfərdən ibarətdir: “Biz onların təhlükəsizliyini təmin edə bilmirik. Rusiya bunu bizim etirazımız kimi nəzərə almalıdır”.

Moldova prezidenti İqor Dodon isə feysbuk səhifəsində deputatların həmin tədbirdə iştrak edəcəklərini yazıb. 

Reaksiya.az

Şərhlər