Türkiyədə 400 terrorçu mühasirəyə alındı

18.03.2017 13:50     Dünyadan reaksiya     1097

Türkiyə Silahlı Qüvvələrindən irimiqyaslı əməliyyat: 400 terrorçu mühasirəyə alındı

Türkiyə Silahlı Qüvvələri Tuncelidə böyük antiterror əməliyyatına başlayıb.  

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Tuncelidə Nazimiyə, Ovacık, Hozat, Pülümür bölgələrinə bağlı 31 ərazidə 15 gün müddətinə fövqəladə vəziyyət elan edilib.  Vilayətdə çöllük ərazilərdə gizləndikləri müəyyən edilən 400 terrorçunun təhlükəsiz hala gətirilməsi məqsədilə irimiqyaslı əməliyyatlar keçirilir. Əraziyə giriş-çıxış bağlanıb. Tunceli valiliyindən verilən məlumata görə, terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar səbəbi ilə, xalqın can və mal təhlükəsizliyini qorunması baxımından adı çəkilən 4 əraziyə martın 31-dək daxil olmaq məsləhət görülmür.  Hələlik Tuncelinin Ovacık bölgəsində terror əməliyyatlarında partlayıcı hazırlanması zamanı istifadə edilən 15 kq kimyəvi maddə, çox sayda silah-sursat və 3 qumbara ələ keçirlib. 


Reaksiya.az
 

Şərhlər