Türkiyə Konstitusiyasında bunlar dəyişdi - 18 maddə

17.04.2017 10:15     Dünyadan reaksiya     1361

Türkiyədə ötən gün keçirilən və seçicilərin 51.2 faiz səsini alan Konstitusiya dəyişikliyində nələr nəzərdə tutulub?

Axar.az prezident üsul-idarəsinə keçən Türkiyənin ötən gün referendumla dəyişdirdiyi 18 maddəni təqdim edir. 1. Konstitusiya “Mühakimə səlahiyyəti” başlığı ilə dəyişikliyə göndəriləcək; 2. Deputatların sayı 550-dən 600-ə çatdırılacaq; 3. Namizəd yaşının 25-dən 18-ə endirilməsi və hərbi sistemlə əlaqəli şəxslərin namizədliyi qeydə alınmayacaq; 4. Konstitusiyanın “TBMM (Türkiyə Böyük Millət Məclisi) seçki dönəmi” başlıqlı maddəsi, “TBMM və Prezidentin seçki dönəmi” başlığı ilə əvəz ediləcək; 5. Bu maddəyə görə parlamentin vəzifə və səlahiyyətləri bunlardır: Qanun qəbul etmək, dəyişdirmək və ləğv etmək; büdcə ilə bağlı müzakirələr aparmaq; pulun tədavülə buraxılması və müharibə elan etmək; TBMM üzvlərinin 5-də 3-nün səs çoxluğu ilə əfv qərarı qəbul etmək. 6. TBMM-in məlumat əldə etmə və yoxlama səlahiyyəti ilə bağlı müəyyən dəyişikliklər; 7. Prezident seçilən şəxsin partiyası ilə əlaqəsinin kəsilməsi ilə bağlı qüvvədə olan qanun ləğv edilir. Belə ki, bundan sonra prezidentin qanunun maddələrindən irəli gələn səlahiyyət çərçivəsində mənsub olduğu siyasi partiya ilə əlaqə qurması mümkün hala gəlir; 8. Prezidentin vəzifə və səlahiyyətlərinə dəyişiklik edilir. Prezident dövlət başçısı olur; 9. Prezidentin cinayət törətdiyi iddiası ilə TBMM üzvlərinin mütləq çoxluğunun gizli səsverməsi nəticəsində cinayət işinin başlanılması mümkündür. 10. Prezident müşaviri vəzifəsi təsis edilir. Prezident özünə bir və daha artıq müşavir təyin edə bilər; 11. TBMM üzvlərinin 5-də 3-nün səsi ilə seçkilər yenidən keçirilə bilər; 12. Prezident bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək səlahiyyətinə malikdir; 13. Cəza məhkəmələrindən əlavə hərbi məhkəmələr olmayacaq; 14. Hakimlər və Prokurorlar Ali Şurasının strukturu dəyişəcək; 15. İqtisadi təşəbbüslər xaricində dövlət idarələrində çalışan hüquqi şəxslərinin xərcləri illik büdcədən ödənəcək; 16. Təklif edilən sistem dəyişikliyi ilə bağlı konstitusiyanın fərqli maddələrində olan söz və ifadələr dəyişdirilir; 17. Növbəti parlament və prezident seçkiləri 3 noyabr 2019-cu il tarixinə təyin edilir; 18. 7-ci və 13-cü maddədəki dəyişliklər prezident vəzifəsinin icrasına başlanıldıqdan sonra qüvvəyə minəcək.

Şərhlər