Rusiyanın ən zəngin adamları: - 8-i ermənidir

20.04.2017 13:44     Dünyadan reaksiya     1088

"Forbes" jurnalı Rusiyada yaşan erməni milyonçuların adlarını açıqlayıb.

Reaksiya.az  xəbər verir ki, siyahıda Rusiyada çalışan 8 erməni əsilli biznesmenin adı qeyd olunub.

"Maqnit" mağazalar şəbəkəsinin quurucusu 49 yaşlı Sergey Qalitskin (Harutyunyan) "Forbesin" reytinq siyahısında 18-ci yerdə qərarlaşıb. Onun sərvəti 6,8 milyard dollar həcmində qiymətləndirilir.

"Taşir Qrup" şirkətinin sahibi Manvel Karapetyan 32-cidir. Onun sərvəti 300 milyon dallar artmaqla, 3.4 milyard dollar təşkil edib. 

"Rosqossdrax" şirkətinin direktoru Daniel Xaçaturov 2 milyard dollarlıq sərvəti ilə 48-ci yerdə qərarlaşıb. 

Erməni əsilli rus biznesmen Ruben Vardanyanın 950 milyon dollar sərvəti var. O, siyahıda 99-cudur.

"Skarlet" şirkətinin təsisçisi Albert Avtolyan isə 123-cü yerdə qərarlaşıb. Onun sərvəti 800 milyon dollardır.

Siyahıda, həmçinin Nikolay və Sergey Sarkisov qardaşları da yer alıb. "Forbes"in məlumatına görə, qardaşların sərvəti 700 milyon həcmində qiymətləndirilir. 

"Mamba" və "Badoo" tanışlıq saytlarının qurucusu Andrey Andreyevin (Andrey Ohancanyan) sərvəti isə 500 milyon dollardır (azvision.az)

 

Reaksiya.az

Şərhlər