Saqqal saxlamaq və qara qadın geyimləri qadağan olunur - Qazaxıstanda

20.04.2017 22:07     Dünyadan reaksiya     1778

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qanunvericiliyə gənc oğlanlara saqqal saxlamağı, qızlara isə özlərini başdan ayağa qədər qaraya bürünməyi qadağanı nəzərdə tutan təkliflər irəli sürüb.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə o, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri ilə görüşündə bildirib.

Nazarbayevin fikrincə, bu cür hadisələr gənc nəslin dini savadsızlığını göstərir.

Şərhlər