Pens: ABŞ Koreya yarımadasının nüvəsiz statusunun saxlanılması üçün çalışacaq

22.04.2017 10:57     Dünyadan reaksiya     1295

ABŞ Asiya-Sakit Okean regionunda "sülhün və sabitliyin dəstəklənməsi üçün lazım olan hər şeyi etməyə hazırdır".

Bunu ABŞ vitse-prezidenti Mayk Pens Sidneydə Avstraliyanın baş naziri Malkolm Ternbull ilə keçirilmiş danışıqlardan sonra deyib.

Vitse-prezident qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə Koreya yarmadasında nüvəsiz statusunun saxlanılması üçün "KXDR-ya iqtisadi və diplomatik təzyiq göstərməkdə davam edəcək".

"Biz bütün mümkün variantları nəzərdən keçiririk", - Pens deyib.

Avstraliyanın baş naziri öz növbəsində Çini Phenyana olan "nəhəng təsir"indən istifadə etməyə çağırıb.

"Biz də hesab edirik ki, Çin bu baxımdan indiyədək etdiyindən daha çoxunu edə bilər", - Mayk Pens deyib.

Reaksiya.az

Şərhlər