Əfqanıstanda taliblərin hücumu nəticəsində ölən hərbçilərin sayı 140 nəfərə çatıb

22.04.2017 11:37     Dünyadan reaksiya     1292

 Əfqanıstanın Balx əyalətində taliblərin hərbi bazaya hücum nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər ölənlərin sayının daha çox olduğunu bildirirlər.

Məzari-Şərif şəhərinin məmurlarından biri isə çoxlu sayda yaralının olduğunu açıqlayıb.

"Pajvak” agentliyinin məlumatına görə, hərbi bazaya hücum edən yaraqlılar əfqan hərbçilərin uniformasında olublar.

Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Reaksiya.az

Şərhlər