BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib

16.05.2017 07:57     Dünyadan reaksiya     1195

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib.

Apa-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə  BMT TŞ-nın bəyanatında bildirilir.

Qeyd olunub ki, Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır "BMT Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq. Rəsmi Pxenyan raket sınaqları keçirməklə  BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, sənəddə vurğulanıb.

BMT Təhlükəsizlik Şurası rəsmi Pxenyanı nüvə və raket sınaqları keçirməməyə, dialoq və danışıqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çağırıb. Həmçinin qeyd olunub ki,  ölkə əhalisinin ağır maddi ehtiyac içində yaşadığına baxmayaraq, Şimali Koreya hökuməti vəsaitləri hərbi sahəyə yönəldir.

Ötən il BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar bir sıra malların ixracına məhdudiyyətləri nəzərdə tutur. Buna baxmayaraq, Şimali Koreya nüvə sınaqları və ballistik raketlərin buraxılışını davam etdirir.

Reaksiya.az

Şərhlər