Vaşinqtonda Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib

17.05.2017 07:51     Dünyadan reaksiya     1108

Vaşinqtonda Türkiyə prezidenti Rəvəb Tayyip  Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.   

Apa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

Məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin  vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir.  

Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir. 

Reaksiya.az

Şərhlər