ABŞ Qüdsü İsrailin paytaxtına çevirir

19.05.2017 12:46     Dünyadan reaksiya     1196

ABŞ senatorları Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qətnamənin müzakirəsinə başlayıblar.

Axar.az xəbər verir ki, qətnamə senatorlar Dino Heller, Lindsi Qrem, Ted Kruz və Mark Rubio tərəfindən hazırlanıb.

“ABŞ gərək Qüdsü həm de-yure, həm de-fakto İsrailin paytaxtı kimi tanısın. ABŞ-ın İsraildəki səfirliyi də həmçinin Qüdsə köçürülsün”, – qətnamədə bildirilib.

Qeyd edək ki, bu ilin fevralında ABŞ Prezidenti Donald Tramp da ölkənin səfirliyinin Qüdsə köçürüləcəyini açıqlamışdı.

Reaksiya.az

Şərhlər