İran yeni prezidentini seçir

19.05.2017 12:53     Dünyadan reaksiya     1228

İran bu gün ölkənin yeni prezidenti seçəcək. Artıq ölkənin bütün şəhərlərində seçki məntəqələri açılıb.

Seçkidə 56 milyon insan iştirak etmək hüququna sahibdir. 

Ümumilikdə 63 min seçki məntəqəsi açılıb. 

Prezidentliyə 4 nəfər namizəddir: İndiki dövlət başçısı Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Haşemi-Taba və mühafizəkarların namizədi Mustafa Ağa-Mirsalim. 

Əgər namizədlərdən heç bir ilk turda 50 faizdən çox səs toplamasa, bir həftə sonra daha çox səs qazanan 2 namizədin iştirakı ilə 2-ci tur baş tutacaq. 

Ölkənin ali dini lideri ayətullah Əli Xameneyi, prezident Həsən Ruhani də daxil olmaqla bir çox rəsmilər artıq səsvermə hüquqlarından istifadə ediblər. 

Reaksiya.az

Şərhlər